MOSSAD başçısından iqtidara çağırış: Düşmənlərin bacarıqlarını kiçimsəməyin

  • By arzu
  • 08 Sentyabr 2023 10:26

İsrailin Xarici Kəşfiyyat Xidməti olan “MOSSAD”ın başçısı David Barnea İsrail iqtidarına çağırış edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Barnea Təl-Əvib rəhbərliyinin böhran zamanlarında müttəfiqlərinin dəstəyini alacağı ilə bağlı şişirtmələrə getməməyi və düşmənlərin bacarıqlarının kiçimsəməməyi xatırladıb.

David Barnea “Yom Kippur Savaşı” və ya “1973 Ərəb-İsrail Savaşı” olaraq adlandırılan 6-25 oktyabr 1973-cü il tarixlərinə yaşanan müharibənin 50-ci ildönümü ilə bağlı yazılı açıqlama edib.

Barnea iqtidar üçün yazılı xəbərdarlığında İsrailin qarşı-qarşıya olduğu təhdidla bacarmaq üçün tərəddüd etməməyin lazım olduğunu vurğulayır.

“Normallaşmaq üçün cəhdlər etmək lazımdır, barışıq istəyi azalan ölkələr savaşa sürüklənməyə məhkumdur”, Barnea yazır.

Savaşın üstündən keçən 50 ildən sonra “MOSSAD”ın başçısı ilk dəfə müharibə illərinə aid tarixi araşdırmaları içində daşıyan bir kitab yayımlamağa qərar verdiyini bildirib.

Yom Kipur Savaşı Misir və Suriyanın 6 oktyabr 1973-cü ildə İsrailə qarşı başlatdığı və ərəb ölkəlri ilə İsrailin cəbhədə çarpışdığı son döyüş olub.

Ərəb ölkələri arasında “6 oktuabr” oalraq bilinən müharibə yəhudilər üçün müqəddəs “tövbə günündə” başlaması səbəbi ilə “Yom Kippur” oalraq adlandırılır.

İbrani təqvimlərinə görə, Yom Kippur bu il 24 sentyabra təsadüf edir.

 

Tərcümə: Arzu

Gununsesi.info