“Heç yerə getməmişəm, heç kim məndən üzr istəməyib” — Oğlu yarıçılpaq halda polislər tərəfindən aparılan ana danışdı

“Heç yerə getməmişəm, heç kim məndən üzr istəməyib” — Oğlu yarıçılpaq halda polislər tərəfindən aparılan ana danışdı

“Düzdür mənə zəng gəlib, məni ora çağırıblar, ancaq, heç yerə getməmişəm, heç kəsi də bağışlamamışam, üzr istəmə də olmayıb”.

Gununsesi.org yeniavaz.com-a istinadla xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında dünən polisin yarıçılpaq şəkildə evindən apardığı Süleymanov Elvinin anası Süleymanova Gülər deyib. O bildirib ki, bu gün polisdən ona zəng gəlib və onu şöbəyə çağırıblar, ancaq heç yerə getməyib və üzr istəmə, bağışlama olmayıb.

Qeyd edək ki, bu gün DİN-dən verilən açıqlamaya görə, Gülər Süleymanovaya qarşı təhqiramiz ifadələr işlədən polis əməkdaşı işdən çıxarılıb və ondan üzr istəyib.

Gununsesi.org

COMMENTS