Ukrayna Prezidenti Vladimir Zelenski könüllü olaraq koronavirusa yoluxmaq istəyib.
Gununsesi.org oxu.az-a istinadla xəbər verir ki, o, infeksiyanın “vəba olmadığını” insanlara göstərmək üçün bu qərara gəlib.
Dövlət başçısı köməkçilərinə bildirib ki, xəstələnərək administrasiyada təcrid olunmağı, sağalandan sonra isə insanların rahatlaşmasını arzulayır:
“Əsas odur ki, depressiya ilə bağlı söz-söhbətlər yığışsın. Başlanğıcda dəhşətli məqamlar vardı, insanlar hamının öləcəyini düşünürdü”.Lakin bu fikir bəyənilməyib. Zelenskinin sözlərinə görə, ailəsi həmin hərəkətə görə onu bağışlamaz.
COMMENTS