BƏƏ-yə PUA hücumu

Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatını məhv edib. Aparatın qalıqları Əl-Füceyra əmirliyində yerləşən kənd təsərrüfatı sahəsinə düşüb.

Gununsesi.info   xəbər verir ki, bu barədə əmirliyin hökumətinin mətbuat xidməti sosial şəbəkə X-də məlumat yayıb.

Hadisə nəticəsində Banqladeş vətəndaşı xəsarət alıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Daha əvvəl isə İran vətəndaşlarının BƏƏ-yə girişinə qadağa qoyulduğu bildirildi.

Gununsesi.info