ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İran əleyhinə hərbi əməliyyat başa çatdıqdan sonra Vaşinqton NATO-nun ABŞ üçün əhəmiyyətini yenidən qiymətləndirəcək.
Gununsesi.info xəbər verir ki, Rubio Fox News telekanalına müsahibəsində qeyd edib ki, bu məsələ ilə bağlı yekun qərarı ABŞ prezidenti verəcək.
“Biz NATO-nun ölkəmiz üçün dəyərini yenidən qiymətləndirməliyik. Bu qərar sonda prezidentə aiddir. Alyans uzun müddət ABŞ-a yaxşı xidmət edib, lakin indi sual yaranır: o, hələ də bu məqsədə xidmət edirmi, yoxsa birtərəfli bir mexanizmə çevrilib?” – deyə Rubio vurğulayıb.
Dövlət katibi əlavə edib ki, bəzi hallarda ABŞ Avropanın təhlükəsizliyini təmin edən əsas qüvvə kimi çıxış edir, lakin Vaşinqtonun dəstəyə ehtiyac duyduğu məqamlarda müttəfiqlər hər zaman eyni səviyyədə yardım göstərmir. Onun sözlərinə görə, bu, xüsusilə hərbi bazaların istifadəsi və hava məkanından keçid məsələlərində özünü göstərir.










