Baydenin korteji Romada qəzaya düşdü

  • By ilhame
  • 29 Oktyabr 2021 19:48

ABŞ Prezidenti Co Baydenin kortejindən olan avtomobil Romada qəzaya uğrayıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir. Bildirilir ki, Bayden Roma Papası Fransisklə görüşdükdən sonra Kvirinal sarayında İtaliya Prezidenti Serco Mattarella ilə bir araya gəlib.

“Vatikandan Kvirinals Sarayına gedən prezident kortejinin avtomobili kiçik qəzaya düşüb. Ciddi xəsarət alan olmayıb, lakin hər ehtimala qarşı sərnişinlər ABŞ tibb işçiləri tərəfindən müayinə olunur”, – deyə Ağ Evin məlumatında deyilir.

Gununsesi.info