
“Röyter” agentliyi Türkiyənin ABŞ-a 40 ədəd yeni model “F-16” döyüş təyyarəsi almaq təklifi verdiyini yazmışdı.
Gununsesi.info Teleqraf.com-a istinadla xəbər verir ki, ABŞ-dan bu məsələ ilə əlaqədar rəsmi açıqlama gəlib.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin açıqlamasında bildirilib: “Siyasi olaraq Departament Konqresə rəsmən bildirilənə qədər təklif olunan müdafiə satışları və ya transferlərini təsdiq etməyəcək və ya ona şərh verməyəcək”.
Satınalma ABŞ-ın xarici hərbi satış qaydalarına tabe olduğu üçün ABŞ Konqresi və Dövlət Departamentinin təsdiqinə ehtiyac var.
Gununsesi.info