
Ermənistanda 12 və daha yuxarı yaşda olan uşaqların koronavirusa qarşı peyvənd edilməsi prosesinə başlanılıb.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, səhiyyə naziri Anait Avanesyanın göstərişi ilə bir neçə gün əvvəl Ermənistanda vaksinasiya yaşı endirilib. 12-18 yaşlı uşaqlara peyvənd valideynlərinin yazılı razılığı və könüllülük əsasında vurulur.
Onlar “Moderna”nın istehsalı olan “Spikevax”la vaksinasiya olunacaqlar.
Gununsesi.info