Uşaq baxçaları icra hakimiyyətlərindən alınsın - MƏLAHƏT İBRAHİMQIZI

  • By admin
  • 29 Oktyabr 2021 23:09

Millət vəkili Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən iclasında uşaq baxçaları ilə bağlı təklif verib.

Gununsesi.info-nun xəbərinə görə, uşaq baxçalarının icra hakimiyyətlərindən alınıb, Təhsil Nazirliyinə verilməsini təklif edib:

“Artıq on ildən çoxdur ki, Bakıda fəaliyyət göstərən Məktəbə qədər uşaq müəssisələrinin idarəçiliyi Bakı Şəhər İcra hakimiyyətindədir.
Dünyanın inkişaf etmiş əksər ölkələrində Məktəbə qədər təhsil Uşaq müəssisələri əsasən dövlətin təhsil siyasətini həyata keçirən Təhsil Nazirliyi tabeçiliyində fəaliyyət göstərir.
Bugün ölkədə əsaslı təhsil islahatlarının həyata keçirildiyi zamanda bu müəssisələrin idarəçiliyinin Təhsil Nazirliyinə verilməsi zəruridir”.

Günay

Gununsesi.info