Kiyev noyabrın 1-dən qırmızı karantin zonasına daxil olacaq

Ukraynanın paytaxtı Kiyev noyabrın 1-dən ən sərt karantin məhdudiyyətləri ilə əlaqədar qırmızı karantin zonasına keçir.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə qərar Ekoloji Təhlükəsizlik və Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının növbədənkənar iclasında qəbul edilib.

İclasın nəticələrinə əsasən, 2021-ci il noyabrın 1-i saat 00:00-dan Kiyev şəhərində epidemiya təhlükəsinin qırmızı səviyyəsi müəyyən ediləcək.

Qeyd edək ki, Ukraynada 8 region artıq epidemiya təhlükəsinin qırmızı zonasındadır.

Səhiyyə Nazirliyinin məlumatına görə, Ukraynada son sutka ərzində koronavirusa yeni yoluxma hallarının sayı 26 071 nəfər təşkil edib ki, bu da pandemiya dövründə rekord göstəricidir. Gün ərzində 5 366 nəfər xəstəxanaya yerləşdirilib, 10 006 nəfər sağalıb, 576 nəfər ölüb.

Gununsesi.info