
Suriyanın şimalında gərgin hərbi situasiya davam edir.
Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hələb və İdlib vilayətlərində Suriya hökumət qüvvələri ilə Türkiyənin dəstəklədiyi Suriya müxalifəti arasında silahlı toqquşmalar davam edir.
Hələb vilayətində yerləşən Tel-Rifat şəhəri uğrunda yaxın sutkalarda Türkiyə Ordusu ilə Suriya hökumət qüvvələrinin üz-üzə gəlməsi gözlənilir.
İranın ötən gün bölgəyə 2 hərbi yüklü təyyarə göndərdiyi və regiondakı qüvvələrinin bir qismini Tel-Rifat şəhərinə cəlb etdiyi vurğulanır.
Gununsesi.info