
Amerikanın Ticarət Nazirliyi Prezident Co Baydenin əmri ilə Orta Şərq ölkələrində çip satışlarının əngəllənməsi iddialarının gerçək olmadığını açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin sözcüsü dünyanın ən böyük çip emalçılarından olan “Nvidia”nın suni zəka çiplərinin ixracatına yönələn məhdudlaşdırmanı Orta Şərqdəki bəzi ölkələr də daxil olmaqla, genişlətməsi ilə bağlı xəbərlərə cavab verib.
Nazirliyin Sənaye və Təhlükəsizlik Qurumundan Amerikan iqtidarının Orta Şərqə çit satışlarının qadağan edilmədiyini vurğulayaraq, şirkətlərə özəl hansısa bir ehtiyac gətirilib-gətirilməməsi ilə bağlı şərh verməyib.
“Nvidia” Amerikan Daşınan Qiymətlər və Bika Qurumuna 30 iyun 2023-cü ildə ilin ilk 4 ayı ilə bağlı dosye təqdim etmişi.
Sənəddə şirkətin Amerika iqtidarı tərəfindən Orta Şərqdəki bəzi ölkələr də daxil olmaqla, bəlli müştərilərə və digər bölgələrə yönələn “A100” və “H100” çiplərinin satışı üçün başqa lisensiyalama ehtiyacı ilə bağlı bilgiləndirildiyi qeyd edilmişdi.
Orta Şərqdəki hansı ölkələrin suni zəka çiplərinə yönələn bu bilgiləndirmə ehtiyacından təsirləndiyini bildirməyən “Nvidia” eyni ölkələrə çip göndərmə lisenziyasının hələlik rədd edilib-edilmədiyi mövzusunda da məlumat verməmişdi.
Şirkət keçən il Amerika yetkililərin sözügedən çipləri Çinə satmağı təxirə salacağını söylədiyini açıqlamışdı.
Tərcümə: Arzu