ABŞ açıqladı: Elektrik avtomobilləri üçün 15 milyard dollar ayıracaq

  • By arzu
  • 01 Sentyabr 2023 12:55

Amerika Birləşmiş Ştatları elektrikli avtomobillər üçün yeni maddi yardım paketi ayıracaq.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev elektrik avtomobillərinə keçidi təmin etmək üçün 15,5 milyard dollar qaynaq maliyyə-kredit paketi açıqlayıb.

Nazirliyin açıqlamasında həmin maliyyə ilə elektrikli avtomobillərə keçid üçün mövcud fabriklərin yenidən nizamlanması çərçivəsində 2 milyard dollarlıq yardım və 10 milyard dollarlıq kredit təminatının nəzərdə tutulduğu bildirilib.

Nazirlik, ayrıca elektrikli avtomobil batereyalarının və digər ölkələrdən idxal edilən batareya elementlərinin yerli olaraq emalı üçün 3,5 milyard dollarlıq maddi qrant təminatı vermə istəklərini vurğulayıb.

Tərcümə: Arzu

Gununsesi.info