Baş redaktor yenidən həbs edilib - ÖZƏL

  • By admin
  • 28 May 2024 11:05

 “Bizim dövr” qəzetinin və  Aktualinfo.az saytının baş redaktoru  Surxay Əliyev yenidən həbs edilib.

Bu barədə Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, baş redaktor DİN-nin Baş Mütəşəkkil Cinyətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Məlumatda ona qarşı CM-nin 182.2.2 -ci (Hədə -qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb və barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Surxay Əliyev hələ bir neçə il bundan öncə də eyni ittihamla DTX tərəfindən həbs edilmişdi.

Günay

Gununsesi.info