ABŞ-yə məxsus hərbi təyyarə Aralıq dənizində qəzaya uğrayıb

  • By ilhame
  • 12 Noyabr 2023 10:02

ABŞ-yə məxsus hərbi təyyarə təlim uçuşu zamanı Aralıq dənizinin şərqində qəzaya uğrayıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Avropa Komandanlığı bildirib.

“Hazırda təlim-məşq insidentinin səbəbləri aydınlaşdırılır. Lakin biz qəti şəkildə deyə bilərik ki, təyyarənin uçuşu sırf təlim uçuşu olub və heç bir düşmənçilik fəaliyyətinin əlamətləri yoxdur”, – məlumatda vurğulanır.

Komandanlıq qeyd edib ki, qəza noyabrın 10-da axşam saatlarında baş verib.

Gununsesi.info