Bakıda yaşayış evi yanır

Bakıda yaşayış evi yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi 19 ünvanında evdə yanğın olması barədə məlumat daxil olub. 

Gununsesi.org bildirir ki, FHN-in mətbuat xidməti bu barədə məlumat yayıb. 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Gununsesi.org

COMMENTS