Türkiyənin Ankara şəhərinin Kahramankazan rayonunda iki azərbaycanlı tutulub.
Gununsesi.org bildirir ki, onların üzərindən 100 qram narkotik maddə olan metamfetamin götürülüb.
Hüquq-mühafizə orqanları onların narkotik ticarəti ilə məşğul olduqlarını ehtimal edir. Şübhəlilərdən biri qadındır.
İstintaq nəticəsində məlum olub ki, İstanbuldan Ankaraya narkotik maddə gətirmək istəyən şəxslər koronavirusa görə şəhərlərarası gediş-gəlişin mümkünsüz olduğunu bildikləri üçün guya babaları ölübmüş kimi saxta “dəfn icazəsi” alıblar.
Hazırda iş üzrə istintaq davam edir.
Gununsesi.org
COMMENTS