Xalq artisti Röya Ayxanla müğənni Natavan Həbibi arasında yaranan qalmaqala Səidə Sultan da qoşulub.
Gununsesi.org Moderator.az-a istinadən xəbər verir ki, “W-Trio”nun keçmiş üzvü də Natavan kimi həmkarını imic yamsılamaqda ittiham edib.
Səidə qeyd edib ki, sözügedən obrazı o, 2019-cu ildə reallaşdırıb: “Röyanın İnstaqramda xəbər səhifələrindən sildirdiyi şəkili istədim öz səhifəmdə paylaşım. Sizcə, düz eləmişəm? Şərhi sizə buraxıram. Bu şəkli mən 2019-cu il 17 iyunda çəkdirmişəm. Ünvanlıdır. Niyə inciyirsiniz ki? Fakt göz önündədir”.
N. Həbibi isə Səidənin postuna “İdeya mənbəyidir ey… Gündə bir şey fikirləşir yazıq”, – deyə qeyd edib.
Gununsesi.org
COMMENTS