Məsciddə silahlı insident - 6 yaralı

Türkiyənin Çorum vilayətində Yalçın Göbel adlı bir şəxs təravih namazından sonra məsciddən çıxan sakinlərə atəş açıb.

Gununsesi.info “NTV”yə istinadən xəbər verir ki, hadisə Yukarı Örenseki kəndində baş verib.

HTML tutorial

30 yaşlı Göbelin ov tüfəngi ilə atəş açması nəticəsində 6 nəfər yaralanıb. O, atəş açdıqdan sonra hadisə yerindən qaçıb. Hazırda Göbelin axtarışları davam etdirilir.

 

 

Şəbnəm

Gununsesi.info