
Bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırılıb: “Saxlanılan yoxdur”.
Qeyd edək ki, bu gün Nəsimi rayonu ərazisində bir qrup şəxsin qanunsuz aksiya keçirməsinin qarşısı alınıb. Söhbət metronun 28 May stansiyası yaxınlığındakı ərazidən gedir. Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.