Bakıda avtomobil bacı və qardaşı vurdu

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi Nərimanov rayonunda qeydə alınıb baş verib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Kooperasiya Universitetinin qarşısında, 2010-cu il təvəllüdlü Gülməmmədova Əfruz Köçəriqızı və onun qardaşı, 2008-ci il təvəllüdlü Gülməmmədov Davud Köçəri oğlunu avtomobil vurub.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onlara bud-çanaq oynağının əziyi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. / “Report”

Gununsesi.info