
Ağdamın işğaldan azad edilmiş kəndində narkotik maddə aşkar edilib.
Gununsesi.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində əməliyyat-axtarış, nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Keçirilən tədbirlərlə rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb. Polis əməkdaşları tərəfindən ümumi çəkisi 800 kiloqram olan 1 200 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.
Gununsesi.info