Paşinyanın imzalayacağı razılaşmaya qarşı aksiya KEÇİRİLƏCƏK

Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nikol Paşinyanın Azərbaycanla sərhəd məsələlərinə dair yeni müqavilə imzalayacağı ilə bağlı sözləri müxalifəti qəzəbləndirib.

Buna etiraz edən müxalifər partiyaları bu gün axşam saat 19:00-da Yerevanın Azadlıq meydanında Paşinyan əleyhinə aksiya keçirəcək.