
Almaniyada dünyasını dəyişən Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovun cənazəsi sabah Vətənə gətiriləcək.
Mədəniyyət Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, dəfnin tarixi ilə bağlı əlavə məlumat veriləcək. T.Salahov Birinci Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, Xalq rəssamı mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında dünyasını dəyişib.
Gununsesi.info