Bakıda daha 6 tələbə dəm qazından zəhərlənib.
Onların dəm qazından zəhərlənməsi ehtimal edilir. Gununsesi.org APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər Xəzər Universitetinin tələbələridir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər:
“Çağırış saat 4:47 də olub. Qızların dediyinə görə hadisə kirayələdikləri mənzildə baş verib.
Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Onlara lazımı tibbi yardım göstərilib. Hal hazırda müalicələri davam edir”.
COMMENTS