Bakıda kanalizasiya yaşayış binasının zirzəmisinə axıdılır.
Gununsesi.org xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bina Xətai rayonu, Sadıqcan küçəsində yerləşir.
Sakinlərin saytımıza verdiyi açıqlamaya görə, bina tamamilə suyun içindədir:
“Binanın kanalizasiyası zirzəmiyə axıdılır. Çox böyük binadır. Vəziyyət hər zaman belə olub, indi isə daha kritik həddədir”.
Qeyd edək ki, binada 250-yə yaxın ailə yaşayır.
Görüntüləri təqdim edirik:
COMMENTS