Gununsesi.org BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə İTV-də yayımlanan “Sabaha saxlamayaq” verlişində maraqlı diskussiya yaranıb.
Aparıcı Vüsalə Məmmədova verlişdə iştirak edən qonaqlara belə bir sualla müraciət edib ki, ölüsü olan şəxsdən torpaq üçün külli miqdarda pul istənildikdə o hara, kimə şikayət etməlidir?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun mövzuya münasibəti isə belə olub:
“Daxili İşlər Nazirliyinin qaynar xətti var. Birincisi, ora zəng edib birbaşa bu məsələni onların diqqətinə çatdırmaq lazımdır. Müvafiq qurumlara eyni zamanda müraciət olunmalıdır. İkincisi, heç kimin ölüsü bu günə kimi yerdə qalmayıb. Bir dəfə iştirtak etdiyimiz məclislərin birində ağsaqqalardan biri yaxşı bir sözü dedi ki, həmin ölünü aparıb onun qapısına qoymaq lazımdır. Onu dəfn eləsin. İctimai qınaq burda artıq ön plana keçməlidir.
Bunu bir nəfər etsə, torpaq heç vaxt ona pulla satılmaz. Çünki heç kim əks reaksiya vermir və hamı razılaşır. Xocahəsən bələdiyyəsində və Bakı qəsəblərində pulsuzdur. Bəzən Xocahəsəndə yaşayan şəxs öz ölüsünü Yasamal qəbiristanlığında dəfn etmək istəyir. Sanki bunu da bir prestijə çevirir”.
COMMENTS