Gürcüstan parlamentinin sədri: “Müxalifət arqumetlərini istənilən siyasi formatda səsləndirə bilər”

Gürcüstan parlamentinin sədri: “Müxalifət arqumetlərini istənilən siyasi formatda səsləndirə bilər”

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze qanunverici orqanda təmsil olunan müxalifəti normal siyasi prosesə qayıtmağa çağırıb.

Gununsesi.org-un “Report”-a istinadən verdiyi məlumata görə, spiker bu müraciətlə büro iclasında çıxış edib.

Arçil Talakvadze bildirib ki, parlament müxalifəti arqumetlərini istənilən siyasi formatda səsləndirə bilər.

Hazırda parlamentin plenar iclası keçirilir. Müxalifət və tərəfdarları qanunverici orqanın ətrafında etiraz aksiyası keçirir.

Qeyd edək ki, ötən gün parlamentdə təmsil olunan müxalif və bitərəf deputatlar qanunverici orqanın plenar iclaslarını boykot ediblər.

Gununsesi.org

COMMENTS