Albaniya prezidenti: “Zəlzələdən sonrakı vəziyyət dramatikdir”

Albaniya prezidenti: “Zəlzələdən sonrakı vəziyyət dramatikdir”

“Vəziyyət çox dramatikdir. İnsanları dağıntılar altından çıxarmaq üçün hər cür səy göstərilir”.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Albaniya Prezidenti İlir Meta zəlzələdən sonra yaranmış vəziyyətə münasibət bildirərkən deyib.

Xatırladaq ki, ABŞ Geologiya Xidməti (USGS) səhər saatlarında Albaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 maqnitudalı zəlzələ olduğunu açıqlayıb. Seysmoloqların bildirdiyinə görə, zəlzələdən sonra 5 maqnitudan yuxarı afterşoklar qeydə alınıb.

Son məlumatlara görə, zəlzələ nəticəsində 6 nəfər ölüb, xəsarət alanların sayı 300 nəfəri keçib.

Gununsesi.org

COMMENTS