
Tanınmış vəkil Aqil Layic Abzasmedia.org saytının həbsdəki baş redaktoru Sevinc Vaqifqızının müdafiəsinə qoşulub.
Bu barədə Gununsesi.info-ya vəkilin özü bildirib.
Jurnalistlə görüşən vəkil deyib:
“Sevinc Vaqifqizinın bütün dostlara salamı var. İstintaq qanunsuz olaraq onun ailə üzvləri ilə görüşünə və telefon danışığına qadağa qoyub. Həbsini jurnalist kimi araşdırmaları ilə əlaqələndirir”.
Gununsesi.info