“Fiorentina” klubunun yeni baş məşqçisi müəyyənləşib

  • By ilhame
  • 04 İyun 2024 19:34

İtaliyanın “Fiorentina” klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Gununsesi.info florensiyalıların mətbuat xidmətinə istinadən xəbər verir ki, A seriyası təmsilçisini Raffaele Palladino çalışdıracaq.

 

40 yaşlı mütəxəssis yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, R.Palladino son olaraq İtaliyanın “Monza” kollektivini çalışdırıb.

Gununsesi.info