Erkən doğulmuş körpənin cəsədi Bakının Yasamal rayonunda yanvarın 31-də tapılıb.
Gununsesi.org xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Körpənin cəsədi Şərifzadə küçəsində yanğın təhlükəsizliyi xidmətinin binası yaxınlığında aşkarlanıb.
İlkin araşdırmalar nəticəsində şəxsiyyəti hələlik müəyyən edilməyən qadının hamiləliyinin 4-5 gün əvvəl 20-ci həftədə sonlandığı məlum olub. Körpə ölü doğulub.
Cəsəd tapılarkən çürümə vəziyyətində olub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, qadının əməlində cinayət tərkibi yoxdur.
“Qadın uşağı küçəyə atmaq əvəzinə dəfn etməli idi. Faktla bağlı araşdırma aparılır”, – hüquq-mühafizə orqanlarından bildirilib.
COMMENTS