Rusiyanın Yəhudi Muxtar Vilayətində sərnişin daşıyan 68 avtomobilə baxış keçirilib.
Gununsesi.org bildirir ki, Riabir.ru-nun xəbərinə görə, reyd zamanı miqrasiya qanunvericiliyini pozan Azərbaycan, Tacikistan və Özbəkistan vətəndaşları saxlanılıb.
Məlum olub ki, onlar Rusiya ərazisində qanunsuz yaşayırlar.
Həmin şəxslər inzibati məsuliyyətə cəlb edilərək barələrində ölkədən çıxarılmaq qərarı verilib.
Məhkəmə qərarı qüvvəyə minənə qədər onlar xarici vətəndaşlar üçün müvəqqəti saxlanılma Mərkəzinə yerləşdiriliblər.
COMMENTS