
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Gununsesi.info-nun xəbərinə görə, Ərdoğan, danışığında Suriya gündəmini dəyərləndirdiklərini deyib: “Bu gün səhər cənab Putinlə görüşüm oldu. Türkiyə-Rusiya-Suriya olaraq bir prosesə başladıq. Sonra xarici işlər nazirlərimizi bir araya gətirəcəyik. Sonra baş verənlərə görə lider olaraq bir araya gələcəyik. Bizim narahatçılığımız sakitliyi qorumaq və sülhü bərqərar etməkdir”.
Tərcümə:
Afət