
Prezident Ərdoğan AKP İl Başçılarının Genişləndirilmiş Toplantısındakı çıxışında 2023-cü il seçki tarixinin irəli sürülə biləcəyini deyib.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Ərdoğan, “İnşallah 2023-cü il bərəkətli olar” deyə bildirib: “Quruluşumuzun 21,5 ilini, hökumətimizin 20 ilini geridə qoyduğumuz bu günlərdə biz yeni sınaq ərəfəsindəyik. Mövsümi şərtləri nəzərə alaraq tarixi yeniləyəcəyimiz 2023-cü il seçkilərinin əhəmiyyətini ən yaxşı siz bilirsiniz”.
AKP normal vaxtı 18 iyun 2023-cü il olan prezident və parlament seçkilərinin keçirilməsi üçün artıq hərəkətə keçib.
Tərcümə:
Afət