Bəhruz Bayramov həbsdəki jurnalistlərlə görüşüb

Vəkil Bəhruz Bəyramov 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan jurnalistlər, Əziz Orucov və Ərşad İbrahimovla görüşüb.

Bu barədə Gununsesi.info-ya Bəhruz Bayramov bildirib. Onun sözlərinə görə, hər iki jurnalist saxlanma şəraitindən razıdır.

Bəhruz Bayramov bildirib ki, Əziz Orucov onunla bağlı istintaq hərəkətlərini Səbail Rayon Polis İdarəsində deyil, Bakı İstintaq Təcridxanasında aparılmasını tələb edir.

“Biz bunu ictimailəşdirmədik. Ötən dəfə  Səbail Rayon Polis İdarəsinin istintaq otağı havasız olduğundan Əziz Orucovun halı pisləşdi və onun üçün Təcili Tibbi Yardımın əməkdaşları çağırıldı. Ona görə də, Əziz Orucov istintaq hərəkətlərinin Bakı İstintaq Təcridxanasında aparılmasını tələb edir.”

 

 

Gununsesi.info