Türkiyədə müəllimləri daşıyan avtobus aşıb

  • By ilhame
  • 22 Dekabr 2023 20:02

Türkiyənin Şanlıurfa şəhərinin Siverek rayonunda müəllimləri daşıyan mikroavtobus aşıb.

 

Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər yaralanıb.

 

Ətrafdakı insanların xəbər verməsindən sonra sağlamlıq və təhlükəsizlik qrupları əraziyə yönəldilib.

 

Qəzada ilkin olaraq yaralanan 9 nəfər Diyarbəkirdəki xəstəxanalara aparılıb.

 

Gununsesi.info