
Tariximizdə ilk dəfə olaraq ölkəmizin bütün ərazisində prezident seçkiləri keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bunu şeyxülislam hacı Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İsarəsinin növbədənkənar prezident seçkisi ilə əlaqədar ümumi iclasında çıxışı zamanı bildirib.
“Xüsusi əhəmiyyət daşıyan bu seçkilər biz dindarlar, din xadimləri üçün özəl məna kəsb edir. Şükürlər olsun ki, artıq məscidlərimiz əsarətdən qurtulub. Qarabağın məscidlərində azan səslənir. Bayram namazları qılınır. Məscid və ziyarətgahlarımız nəfis şəkildə bərpa olunur. Danılmaz həqiqətdir ki, xalqımızın ən ülvi arzularını həyata keçirməyi tarixi missiya olaraq üzərinə götürən, millətimizə verdiyi vədi müqəddəs məkanda -kəbədə ə etdiyi əhdi gerçəkləşdirmək dahi Azərbaycan oğlu İlham Əliyev öz adını əməlləri ilə xalqın qəlbinə, tariximizn salnaməsinə həkk etməyə müvəffəq oldu.
2020-ci ildə Şuşanın fatehi olan 2023-cü ildə separatizm yuvasını birdəfəlik ləğv edib üçrəngli bayrağımızı Xankəndidə ucaldan ,ərazi bütövlüyümüzü və dövlətimizin suverenliyin bərpa edən Azərbaycanın müzəffər Ali Baş Komandan İlham Əliyev bizləri həsrətində olduğumuz arzulara qovuşdurdu. Gördüyü işlərlə xalqın rəğbəti ilə yanaşı Uca Yaradının da rizasını qazanmış xalq olaraq qəddimizi ucaltmış, başımızı uca etmiş, ağrı acını aradan qaldırmış tarixi ədaləti bərpa etmiş güclü və ardıcıl ifadə sahibi bizim səs verəcəyimiz namizəd olacaq”.
Gununsesi.info