Avropa ölkəsindən XƏBƏRDARLIQ: “Rusiya ilə müharibəyə hazır olmalıyıq”

Hollandiya Quru Qoşunlarının komandanı general-leytenant Vijnen Hollandiyanın “De Telegraaf” qəzetinə ordu ilə bağlı dəyərləndirmələr edib.

Gununsesi.info-nun məlumatına görə, Vijnen bəyan edib ki, Hollandiya Rusiya ilə münaqişəyə daha çox hazır olmalıdır.

O vurğulayıb ki, bu, “hamı dəbilqə taxmağa başlayacaq” demək deyil, onun ölkəsi Rusiya ilə həmsərhəd olan və xalqı müharibəyə daha çox hazır olan İsveç, Finlandiya və Baltikyanı ölkələrdən nümunə götürməlidir.

“Hollandiya öyrənməlidir ki, işlər pis gedəndə bütün cəmiyyət hazır olmalıdır”, – deyə o bildirib..

Hollandiyanın Rusiyadan 1500 kilometr uzaqda olduğu üçün təhlükəsizliyinin təmin edildiyini düşünməməsi lazım olduğunu qeyd edən Vijnen, “Rusiyanın anladığı tək dil var, o da güclü ordudur” deyib.

Bu kontekstdə Vijnen bildirib ki, Müdafiə Nazirliyində kadr çatışmazlığının aradan qaldırılması vacibdir.

Yanvarın 1-də vəzifəsini təhvil verəcək Vijnen 2021-ci ildən Hollandiya Quru Qoşunlarının komandanıdır.

Gununsesi.info