
Bu gün bütün varlığı ilə sevdiyi, min illər boyu insanca yaşamağın nə olduğunu bilməyən millətini düşüldüyü əsarət , cəhalət ədalətsizlik despotizm bataqlığından qurtarmağa çalışan böyük Mirzə Ələkbər Sabirin (1862-1911) doğum günüdür.
Onun qələminə məxsus “Fəxriyyə” şeiri sadəcə bənzərsiz sənət örnəyi deyil, Türk tarixinə çəkilmiş canlı poetik lövhədir.
Zülmətsevər insanlarız üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan , daşımızdan,
Tarac edərək bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan…
Əslafımıza çünki həqiqi xələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!
Gununsesi.info