Ombudsman erməni uşaqlarının tərbiyəsindən danışdı: “İşğalçılıq ruhunda…”

  • By admin
  • 30 May 2021 14:32

Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlarda və təxribatlarda uşaqlardan istifadə etməklə kifayətlənmir, eyni zamanda onları bu ruhda tərbiyə edir.

Ombudsman Aparatından Gununsesi.info-ya verilən məlumata görə, Ombudsman Aparatının paylaşdığı video erməni uşaqlarının kiçik yaşlardan işğalçılıq, digər millətlərə qarşı dözümsüzlük ruhunda, aqressiv formada tərbiyə olunmasının daha bir sübutudur.

 

Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsinə əsasən, iştirakçı dövlətlər silahlı münaqişələr zamanı onlara tətbiq edilən və uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər. Həmin maddənin 2-ci bəndinə görə, yetkinlik yaşına çatmayanların hərbi əməliyyatlara cəlb olunması qadağandır.

Azərbaycan Ombudsmanı tərəfindən bu və ya digər faktlar barədə insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar mütəmadi olaraq məlumatlandırılır.

Gununsesi.info