Tovuzda avtomobil iribuynuzlu heyvanları vurub öldürdü – FOTO

  • By admin
  • 30 May 2021 19:14

Tovuz rayonunda avtomobil bir neçə mal-qaranı vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə Xatınlı kəndində qeydə alınıb. “Lada Priora” markalı avtomobil kənd yolunda olan bir neçə baş iribuynuzlu heyvanı vuraraq öldürüb. Hadisə nəticəsində mal-qara sahibinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info