Səfir oteldə öldü tapıldı 

Ukraynanın Tailanddakı fövqəladə və səlahiyyətli səfiri Andrey Beşta Lip adasındakı otellərin birində vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Twitter” hesabında paylaşım edib.

“Gecə Ukraynanın Tailanddakı səfiri Andrey Beşta dünyadan köçdü”, – deyə Zelenski qeyd edib.

Qeyd edək ki, Ukraynanın “Strana” nəşri səfirin ürək tutmasından öldüyünü yazıb.