Lukaşenkoya daha bir zərbə — AVROPA QURU SƏRHƏDLƏRİ DƏ BAĞLADI

  • By admin
  • 30 May 2021 19:10
Belarus prezidenti Aleksandr Lukaşenkonun “Ryanair” hava şirkətinə məxsus təyyarəni hədələyərək, Minskə endirib müxalif jurnalisti həbs etməsi ölkəni daha bir problemlə üz-üzə qoyub. Məhz bundan sonra  bir sıra aviaşirkətlər Belarusun hava sərhəddindən istifafədən imtina ediblər.
Gununsesi.info-nunxəbərinə görə, Eyni zamanda Belarus hava yollarına məxsus təyyarələrin də Avropa Birliyinə icazə verilmir.

Bu gün isə artıq Avropa Birliyi Belarusla quru əlaqəsini də dayandırıb. Belə ki, ölkəyə məxsus yük maşınları Avropa Birliyinə buraxılmır.

Lukaşenko isə Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşüb, dənizdə çimərək “Biz də Krıma uçarıq” mesajı verir. Amma görünən odur ki, durum ciddidir və Lukaşenkonun bu krizisdən xilas olması mümkünsüzdür. Vladimir Putin isə onu xilas etməyə çalışır.

Gununsesi.info