
İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 198 nəfər ölüb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda koronavirusdan ölənlərin sayı 79 939 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 8 876 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 2 902 094 nəfərə çatıb.
Gununsesi.info