Azərbaycanlı ifaçı “O səs Türkiyə”də hamını heyran etdi –"Bir daha, bir daha səsləri" - VİDEO

Azərbaycanlı ifaçı “O səs Türkiyə”də hamını heyran etdi –

Türkiyənin TV8 telekanalında yayımlanan “O səs Türkiyə” mahnı müsabiqəsində daha bir azərbaycanlı iştirak edib.

Gununsesi.org xəbər verir ki, bu, Urmiya şəhərindən olan İbrahim İsmailidir. Gənc ifaçı Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin “Haydi söylə” mahnısını oxuyub. İ.İsmaili üçün münsiflər heyətinin dördü də dönüb və onun ifasına heyran olduqlarını dilə gətiriblər.

Münsiflərin və tamaşaçıların israrından sonra İbrahim eyni mahnını yenidən ifa edib. Sonda seçim qarşısında qalan cənubi azərbaycanlı soydaşımız Seda Sayanla yoluna davam edəcəyini açıqlayıb. / “Yeni Sabah”

COMMENTS