Polşada yaşayan azərbaycanlılar Azərbaycan Ordusuna dəstək aksiyası keçirib.
Gununsesi.org-un Avropa bürosu xəbər verir ki, nümayişlər Polşanın paytaxtı Varşavada Azərbaycan səfirliyinin qarşısında olub.
Aksiyada “Qarabağ”, “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz – Vətən bölünməz”, “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarları səsləndirilib.
Məlumata görə, həmyerlilərimiz bir qrup erməninin Azərbaycan səfirliyinə qarşı təxribatına cavab olaraq toplaşıb.
Bildirilir ki, nümayişdə 200-dən çox azərbaycanlı iştirak edib.
Gununsesi.org
COMMENTS