“Mənim adımdan qızlarla tanış olurlar” – Çingiz Abdullayev – FOTOLAR+VİDEO

“Mənim adımdan qızlarla tanış olurlar” – Çingiz Abdullayev – FOTOLAR+VİDEO

Xalq yazıçısı Çingiz Abdullayevlə “Şərifzadə Art Centerdə” “Mavi Mələklər” adlı görüş keçirilib.

Gununsesi.org xəbər verir ki, yazıçının 60 illik yubileyinə həsr olunan tədbirdə Abdullayev pərəstişkarları ilə bir araya gəlib.

Söhbət zamanı Ç.Abdullayev sosial şəbəkə ilə bağlı başına gələn hadisədən danışıb:

“İnstaqram, tvitterdə yoxam. Orada mənim adımdan cavan qızlarla tanış olurlar. Qızlar da daha sonra Azərbaycan Yazıçılar Birliyinə (AYB) gəlirlər. Deyirlər ki, getmişdim görüşə, yerinizə cavan oğlan gəlib, düşündüm ki, köməkçinizi göndərmisiz.

Mən ölmüşəm ki, köməkçimi göndərim? Yalandır. Mən bircə Feysbukda varam. Amma mənim adımdan tanış olurlar”.

Qeyd edək ki, tədbirin keçirilməsinə mərkəzin rəhbəri, aktrisa Zümrüd Qasımova və modelyer Elnarə Bəkirova dəstək olub.

 

 

 

 

COMMENTS