Hindistanda ağır yol qəzasında azı 12 nəfər ölüb

  • By ilhame
  • 15 Oktyabr 2023 10:31

Hindistanın qərbində mikroavtobusun qəzaya uğraması nəticəsində azı 12 nəfər ölüb, 23 nəfər yaralanıb.

Gunununsesi.info xəbər verir ki, bu barədə PTI məlumat yayıb.

Hadisə bazar günü yerli vaxtla saat 00:30 radələrində (Bakı vaxtı ilə şənbə 23:00) Mumbaydan 350 km şərqdə, Çhatrapati Sambhajinaqar rayonunda baş verib.

Qeyd olunub ki, 35 sərnişini olan mikroavtobusun sürücüsü magistral yolda idarəetməni itirib, nəticədə avtomobil yol kənarında dayanan zibil konteynerinə çırpılıb.

Nəticədə 5-i kişi, 6-sı qadın və bir azyaşlı qız olmaqla, 12 sərnişin həlak olub. Qalan 23 sərnişin xəstəxanaya yerləşdirilib.

Gununsesi.info