Mehriban Əliyeva uşaqları təbrik etdi

  • By Sənan
  • 01 İyun 2024 10:37

Birinci vitse-prezident Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rəsmi sosial media hesablarında paylaşım edib. 

Gununsesi.info xəbər verir ki, paylaşımda deyilir:

“Balaca soydaşlarımızı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm! Hər bir uşağa möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram! Qəlbinizdən sevinc, üzünüzdən təbəssüm əskik olmasın! Uca Allah sizi qorusun!”

Gununsesi.info